"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Şəhid Cavid Bayramlının atası vəfat edib


30 noyabr 2021-ci ildə “Qaraheybət” aviasiya poliqonunda baş vermiş helikopter qəzasında şəhid olmuş Cavid Bayramovun atası Əhliman Bayramov üzünsürən xəstəlikdən sonra bu gün axşam saatlarında vəfat edib. 
1994-cü ildə Şahbuz rayonunda dünyaya göz açan Cavid Bayramlı Dövlət Sərhəd Xidmətinin əməkdaşı olub. Vətən müharibəsi zamanı Zəngilanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq igidlik və şücaət nümayiş etdirdiyinə görə  "Zəngilanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edillib. Cavid.Bayramlı müharibədən sonra xidmətinə davam edib. 
Allah rəhmət eləsin!

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar