"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Şəhid qardaşının toyunda yaddaqalan anlar – Füzulidə toy mərasimi keçirildi


Bu gün rayonun Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində 44 günlük Vətən müharibəsinin şəhidi Əliyev Sehriman Rəhman oğlunun qardaşı Nurlan Əliyevin toy mərasimi keçirilib. Aşağı Yağlıvənd kəndində keçirilən toy mərasimində Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və şəhid ailələri iştirak edib. Həyat yollarını birləşdirən gənclərə xoş arzularını çatdıran Alı Alıyev onlara addımladıqları birgə yolda can sağlığı, ailə səadəti və firavanlıq arzulayıb. Qeyd edək ki, Sehriman Əliyev 2020-ci ilin 28 sentyabrında Füzulinin Qorqan kəndini düşməndən azad edərkən şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəcəncamı ilə "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar