Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Sumqayıt şəhər Mikayıl Müşfiq adına 34 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Ləman Mehrab qızı Niftəliyeva cüdo idman növü üzrə U-17 qızlar və oğlanlar arasında keçirilən Sumqayıt şəhər birinciliyində yüksək nəticə göstərib.
40 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edən Ləman Niftəliyeva qızıl medal qazanaraq birinci yerə layiq görülüb.
Qeyd edək ki, Ləman Niftəliyeva Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid baş giziri Mehrab Niftəliyevin qızıdır.
Paylaş: