Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
2 İyun 2025-ci il tarixdə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış şəhid əsgər Basid İdris oğlu Rüstəmovun doğum günü, doğulub boya-başa çatdığı Xok kəndində, müqəddəs məzarı önündə qeyd olundu.
Mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, şəhid anaları və şəhid ataları, qazilər, hərbçilər, polislər, kənd sakinləri iştirak etmişlər.
Tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Əvvəlcə Dini icmanın üzvü tərəfindən Qurani-Kərimdən ayələr oxunub.
Sonra Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək demişdir: Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan xalqının əsas taleyüklü məsələsi 2020-ci ildə həll olundu. 2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək böyük bir zəfər tarixi yazdı, Azərbaycanın Şanlı Ordusu 30 illik işğala son qoydu. 44 günlük Vətən Mühribəsinin hər günü tarix yazılıb, biz haqq yolunda apardığımız mübarizədə qalib gəldik. Bu qələbə sevincini bizə yaşadan Müzəffər Ali Baş Komandanımız, Şəhidlərimiz, Qazilərimiz, Ordumuz oldu.
Daha sonra Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quluyeva, Ali Məclisin deputatı Mövlan Məmmədov və şəhid atası çıxış etmiş, şagirdlər şəhidlərin əziz xatirəsinə həsr olunmuş şeirlər söyləmişlər.
Sonda Xok kənd Şəhidlərinin müqəddəs məzarları ziyarət edilmiş, xətirələrinə ehtiram əlaməti olaraq məzarları üzərinə tər qərənfillər düzülmüş, ruhlarına dualar oxunmuş və şəhidlərimizin yaxınları ilə xatirə fotoları çəkdirilmişdir.