"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Səlahiyyətli nümayəndə “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun idmançı və məşqçi heyəti ilə görüşüb


Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun idmançı və məşqçi heyəti ilə görüşüb.

Səlahiyyətli nümayəndə klubun kollektivini doğma Naxçıvanda salamlayaraq onların son illərdə qazandıqları nailiyyətləri yüksək dəyərləndirib. O bildirib ki, “Araz-Naxçıvan” komandasının göstərdiyi peşəkarlıq, əzmkarlıq və idmana olan sevgi muxtar respublikanın idman tarixində qürurverici səhifə açıb.

Fuad Nəcəfli vurğulayıb ki, son illər Azərbaycan futbolunda əldə olunan uğurlar təsadüfi deyil:

 “İdmanda təsadüflər olmur. Hər bir qələbə əzmin, iradənin və birliyin nəticəsidir. “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması və keçirdiyi oyunlarda inamlı qələbələri Azərbaycan futbolu üçün tarixi hadisədir. Eyni zamanda, “Araz-Naxçıvan”ın 2024–2025-ci mövsümdə Premyer Liqanı üçüncü pillədə başa vurması, tarixində ilk dəfə Avropa meydanlarına çıxması və UEFA Konfrans Liqasında inamlı çıxışı həm komandanın peşəkarlığının, həm də ölkə futbolunun dirçəlişinin göstəricisidir.”

 

 

 

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar