Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
“Sağlam düşün, sağlam yaşa — gələcəyini qoru” devizi altında Şirvan şəhəri Elçin İmanov adına 10 nömrəli tam orta məktəbində 8–9-cu sinif şagirdləri ilə reproduktiv sağlamlıq mövzusunda maarifləndirici söhbət aparılıb.
Tədbirin məqsədi şagirdlərdə sağlam həyat tərzi, düzgün ailə dəyərləri və məsuliyyətli davranış vərdişlərinin formalaşdırılması olub. Görüş zamanı qohum evliliyinin fəsadları, erkən nikahın mənfi nəticələri, həmçinin gənclərin fiziki və psixoloji sağlamlığının qorunması kimi mühüm məsələlər müzakirə edilib.
Şagirdlər mövzu ilə bağlı suallarını səsləndirib, onlara ətraflı şəkildə cavablar verilib.
Bu kimi maarifləndirici tədbirlər gənclərin bilik və dünyagörüşünün artırılmasına, eləcə də sağlam gələcəyin formalaşmasına mühüm töhfə verir.

