"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Şirvan məktəbliləri Respublika Çempionatında yüksək nəticələr əldə ediblər


“Məktəblilər arasında Respublika Çempionatı”nın final mərhələsində Şirvan-Salyan Regional Təhsil İdarəsini təmsil edən Şirvan şəhəri Elçin İmanov adına 10 nömrəli tam orta ümumtəhsil məktəbinin basketbol komandaları uğurlu çıxışları ilə diqqət mərkəzində olub.

Respublikanın müxtəlif şəhər və rayonlarından olan güclü məktəb komandalarının mübarizə apardığı final mərhələsində məktəbin qızlardan ibarət basketbol komandası yüksək oyun nümayiş etdirərək bütün rəqiblərinə qalib gəlib və çempionatın qalibi adına layiq görülərək 1-ci yeri tutub. Oğlanlardan ibarət basketbol komandası isə gərgin və rəqabətli oyunlar nəticəsində 3-cü yeri qazanaraq bürünc medal əldə edib.

Bu uğur Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində idmanın, xüsusilə basketbolun inkişafına göstərilən diqqətin və sistemli məşqlərin nəticəsi kimi dəyərləndirilir. Eyni zamanda, komandaların qazandığı nailiyyətlər şagirdlərin fiziki hazırlığının, komanda ruhunun və iradəsinin formalaşmasında məktəbdaxili idman fəaliyyətlərinin mühüm rol oynadığını bir daha nümayiş etdirir.

Qeyd edək ki, Respublika Çempionatı məktəblilər arasında sağlam həyat tərzinin təbliği, istedadlı gənclərin üzə çıxarılması və kütləvi idmanın inkişafı məqsədi daşıyır. Şirvan şəhəri Elçin İmanov adına 10 nömrəli tam orta ümumtəhsil məktəbinin komandalarının final mərhələsində əldə etdiyi nəticələr region üzrə təhsil və idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.

 

18 Dekabr 2025, 22:56 - 48

Paylaş: