"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Şirvanda şəhid Əli Mənəflinin adına sinif otağı açıldı


Şirvan şəhər 10 nömrəli ümumtəhsil orta məktəbində Vətən müharibəsi şəhidi Əli Mənəflinin xatirəsini əbədiləşdirmək məqsədilə onun adını daşıyan sinif otağı istifadəyə verilib.

Tədbirdə şəhidin ailə üzvləri, Şirvan şəhəri üzrə təhsil sektorunun müdiri Varis Qasımlı, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan şəhər prokuroru Kamal Talıbov, Şirvan şəhər polis şöbəsinin rəisi, polis polkovniki Seymur Əfəndiyev, Şirvan Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev, müəllimlər və şagirdlər iştirak ediblər.

Açılış mərasimində çıxış edənlər qəhrəman şəhidimizin Vətən qarşısında göstərdiyi xidmətləri, igidlik və şücaətini diqqətə çatdırıblar. Bildirilib ki, Əli Mənəflinin həyat və döyüş yolu gənclərə örnəkdir və onun adı daim qürurla yad ediləcək.

Məktəbdə yaradılan şəhid sinfi həm də şagirdlərin milli-mənəvi dəyərlərə hörmət ruhunda formalaşmasına, qəhrəmanlıq ənənələrinin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verəcək.

 

 

 

26 Sentyabr 2025, 20:55 - 277

Paylaş: