"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Şirvanda STEAM Festivalı 2025 finalçıları ilə görüş


Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrini təmsil edən və Beynəlxalq STEAM Azərbaycan Festivalı 2025-in final mərhələsinə vəsiqə qazanmış şagirdlərlə görüş keçirilib.

Tədbirdə Şirvan-Salyan RTİ-nin Tədrisi keyfiyyəti sektorunun müdiri Mahir Zahidov, Şirvan şəhəri üzrə təhsil sektorunun müdiri Varis Qasımlı, Şirvan şəhər Kimya-biologiya təmayüllü liseyin direktoru Hüseyn Mirzəyev və finalçı şagirdlər iştirak ediblər.

Görüş zamanı komandaların final mərhələsinə hazırlıq prosesi müzakirə olunub. Şagirdlər təqdim etdikləri layihələr barədə danışaraq təəssüratlarını bölüşüblər. Onların yaradıcılıq və innovativ yanaşmaları yüksək qiymətləndirilib.

Sonda final mərhələsində iştirak edəcək bütün komandalara uğurlar arzulanıb.

Qeyd edək ki, STEAM Azərbaycan Festivalı 2025-in final mərhələsində region üzrə 20 komanda iştirak hüququ qazanıb.

17 Noyabr 2025, 17:46 - 106

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar