"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

“Son məktub” – Şəhid Rasim Ramazanovun xatirəsinə ehtiramla


Babək Rayon Mədəniyyət Sarayında Vətən müharibəsi şəhidi Rasim Ramazanovun xatirəsinə həsr olunmuş “Son məktub” kitabının təqdimatı keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova çıxışında qeyd edib ki, hər bir şəhid Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda xalq qəhrəmanına çevrilib. O, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğının dövlətin qəhrəman övladlarına ehtiramının göstəricisi olduğunu vurğulayıb.

Çıxışlarda Rasim Ramazanovun döyüşlərdə göstərdiyi igidlikdən və gənclər üçün nümunəvi həyat yolundan bəhs edilib. Məktəblilərin səsləndirdiyi şeirlər və vətənpərvərlik səhnələri tədbirə duyğusal məzmun qatıb.

1998-ci il təvəllüdlü Rasim Ramazanov 2020-ci ilin Vətən müharibəsində Füzuli və Xocavənd uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. O, ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və digər orden-medallarla təltif edilib.

Tədbirin sonunda şəhidin həyat və döyüş yolunu əks etdirən “Son məktub” kitabı təqdim olunub.

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar