"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Sözün yaddaşında yaşayan ömür


Bəzən bir insanın ömrü təkcə yaşadığı illərlə ölçülmür. Onun qəlbində daşıdığı sevgi, sözə çevirdiyi duyğular, toxunduğu talelər və işıq saçdığı yollarla ölçülür. Elə ömürlər var ki, zamanın yaddaşına yazılır, insanların qəlbində iz buraxır. Səxavət müəllimin ömrü də məhz belə ömürlərdəndir…
Mayın ayının birində o, həyat kitabının yeni bir səhifəsini açır. Bu səhifə sadəcə yaşın artması deyil, illərin qazandırdığı müdrikliyin, zəhmətin və mənəvi zənginliyin davamıdır.
Əslən Qarabağlı olmasa da Səxavət müəllimin ruhu o müqəddəs torpaqla bağlıdır. Qələmindən süzülən hər söz, hər fikirdə Qarabağ sevgisi yaşanır. “Qarabağ düşüncələri”, “Gecikmiş məktub”, “Ana fəryadı”, “Bir nəslin dörd fəsli”, “Şərqin bülbülü” kimi əsərlərində yalnız ədəbiyyat deyil, həmçinin bir xalqın ağrısı, həsrəti və qüruru yaşayır.
Azərbaycan Respublikasının Əməkdar müəllimi olaraq o, sadəcə bilik öyrədən deyil, həyat öyrədən bir ziyalıdır. Pedaqoq- jurnalist və yazıçı kimi fəaliyyəti ilə neçə-neçə gəncin yoluna işıq salıb, onların gələcəyində iz qoyub. Onun üçün müəllimlik sadəcə peşə deyil , ürəkdən gələn bir çağırış, ömürlük bir missiyadır.
Səxavət müəllim hər zaman gənc nəslə arxa duran, onların inkişafına dəstək olan, sözün və elmin gücünə inanan bir şəxsiyyət kimi seçilib. Onun fəaliyyəti yalnız sinif otaqları ilə məhdudlaşmayıb. O, cəmiyyətə təsir edən, düşüncələrə istiqamət verən bir ziyalıdır.

Səxavət müəllim, mayın 1-də yeni yaşınıza qədəm qoyarkən, Sizə möhkəm can sağlığı, uzun ömür, tükənməz yaradıcılıq enerjisi arzulayırıq. Arzu edirik ki, qələminiz heç vaxt susmasın, sözünüz daim ürəklərə yol tapsın.                                

Samirə Adəm qızı Hüseynova

30 Aprel 2026, 19:33 - 97

Paylaş: