"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Süsənbər Ağamalıyeva: Bu hüquq əzəlidir, toxunulmazdır


Xalqımızın Ümumimilli Lideri Heydər Əliyev bütün ömrü boyu Azərbaycanın çiçəklənməsi,  dövlət müstəqilliyinin möhkəmləndirilməsi, suverenliyimizin tam təmin edilməsi uğrunda mübarizə aparmış, Azərbaycan xalqının tərəqqisi və ərazi bütövlüyünün bərpası, vaxtilə işğal edilmiş torpaqların geri qayıdacağı ilə bağlı soydaşlarımızda həmişə böyük ümid və inam hissi yaratmışdır. 
Hər birimiz böyük qürur hissi keçiririk ki, Xalqımızın Ümumimilli Lideri Heydər Əliyevin ideyaları, arzu və istəkləri Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirirlir. Bu gün Azərbaycan Respublikasının suverenliyi tam təmin edilib və Ata vəsiyyətinə sadiq qalan və bu vəsiyyəti əməli işi ilə yerinə yetirən Preizident İlham Əliyev hər bir azərbaycanlı da, xüsusilə 1987-1991-ci illərdə öz ata-baba yurdlarından, tarixi Azərbaycan torpaqlarından zorla didərgin salınmış Qərbi Azərbaycanlılarda əzəli və əbədi Vətənimiz Qərbi Azərbaycana qayıdacağımıza böyük siyasi və mənəvi dəstək nümayiş etdirir.
Cənab İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya – Qayıdış Konsepsiyası hazırlanıb.
Bu Konsepsiya Qərbi Azərbaycan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün Qərbi Azərbaycan İcmasının həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.
İcma ötən iki əsr ərzində Qərbi azərbaycanlılara qarşı törədilmiş ədalətsizliyi qəbul etmir və bu ədalətsizliyin nəticələrini rədd edir. İcma Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılmasını və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsini özünün əsas hədəfi kimi bəyan edir. Konsepsiya ilə həyata keçiriləcək fəaliyyətin əsas məqsəd və prinsipləri aşağıdakılardır:
İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşmanın əldə edilməsi;
Geriyə qayıtma prosesinin müvafiq təhlükəsizlik, humanitar, sosial-iqtisadi yardım proqramları ilə təminat altına alınması;
Geriyə qayıtmış əhalinin yenidən qovulmasına, onlara qarşı hər hansı ayrı-seçkilik həyata keçirilməsinə və zərər vurulmasına imkan verməmək üçün beynəlxalq monitorinq, hesabatlıq, təhlükəsizlik, müdaxilə və digər zəruri fəaliyyətin bərqərar edilməsi;
Beynəlxalq nəzarət altında yenidənqurma və barışıq tədbirlərinin həyata keçirilməsi yolu ilə, geriyə qayıtmış insanların davamlı reabilitasiya və re-inteqrasiyasının təmin edilməsi.
Qərbi azərbaycanlıların onilliklər ərzində legitim nümayəndəsi kimi İcma qayıdış prosesində fəal rol oynayacaq, maraqlı tərəf kimi aidiyyəti dövlətlər və beynəlxalq təşkilatlar ilə dialoq və əməkdaşlıq aparmaq və onlar tərəfindən legitim tərəf müqabili kimi tanınmaq üçün səy göstərəcək.
İstənilən halda, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar öz vətənlərində yaşamaq hüququna malikdirlər, bu hüquq əzəlidir, toxunulmazdır, mütləqdir və həlledici faktordur. Biz, Qərbi azərbaycanlılar tam inanırıq ki, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə dinc, sülh yolu ilə və ləyaqətli şəkildə Qərbi Azərbaycana, tarixi Vətənimizə qayıdacağıq!

Süsənbər AĞAMALIYEVA, 1987-1991-ci illərdə aparılan deportasiya zamanı Qərbi Azərbaycandan deportasiya olunmuş, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru

Paylaş: