"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Tanınmış jurnalist Xocalıya köçdü – Böyük Qayıdış davam edir


​İyulun 24-də Xocalı və Ağdərə rayonlarına növbəti köç həyata keçirilib. Bu mərhələdə hər iki rayon üzrə ümumilikdə 202 nəfərdən ibarət 53 ailə doğma yurduna qayıdıb. Dədə-baba torpaqlarına qovuşan sakinlərin arasında tanınmış jurnalist Mübariz Hacılı da var.
​Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sakinlərin qarşılanması və mənzillərin açarlarının təqdimat mərasimi Xocalı şəhərində keçirilib.
​Mənzillərin açarları təqdim edilməzdən əvvəl Mina Təmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Samir Quliyev təhlükəsizlik qaydaları, mina və digər partlamamış sursatlarla bağlı sakinlərə ətraflı məlumat verərək, belə hallarla karşılaşdıqda davranış qaydalarını diqqətə çatdırıb.
​Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev iştirak ediblər.
​Səbuhi Qəhrəmanov çıxışında doğma yurdlarına qayıdan sakinləri təbrik edərək onlara öz evlərində xoşbəxt və firavan həyat arzulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramının uğurla icra olunduğunu, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin sürətlə davam etdiyini vurğulayıb.
​Növbəti köç çərçivəsində Xocalı rayonunun Xanabad kəndinə 10 ailə (31 nəfər), Badara kəndinə 6 ailə (24 nəfər), Daşbulaq kəndinə 2 ailə (7 nəfər), Seyidbəyli kəndinə 1 ailə (5 nəfər), Təzəbinə kəndinə isə 9 ailə (39 nəfər) yerləşdirilib.
​Ağdərə rayonunda isə Aşağı Oratağ kəndinə 10 ailə (34 nəfər), Həsənsizli kəndinə 6 ailə (17 nəfər), Kolatağ kəndinə 3 ailə (19 nəfər), Vəngli kəndinə 6 ailə (26 nəfər) köçürülüb.

24 İyul 2026, 16:26 - 395

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar