"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Tibb Peşəsinin Şəhid Qəhrəmanları


Ümummilli lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamına əsasən, hər il 17 iyun Azərbaycan Respublikasında Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu tarix təsadüfi seçilməyib. 1918-ci ilin 17 iyununda Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk Səhiyyə Nazirliyi yaradılıb və bu əlamətdar gün, səhiyyə sahəsinin inkişafında misilsiz rol oynayan tibb işçilərinin əziz xatirəsinə və əməklərinə ehtiram olaraq bayram kimi qeyd edilir.

Azərbaycanın müasir tarixində – xüsusilə 44 günlük Vətən müharibəsi zamanı – tibb işçiləri cəbhə bölgələrində göstərdikləri fədakarlıqla xalqın yaddaşında əbədi yer qazandılar. Onların arasında peşə borcunu yerinə yetirərkən şəhid olan qəhrəmanlarımız da var.

Peşə fəaliyyətini canı bahasına yerinə yetirən şəhid tibb işçilərimiz:

Tibb xidməti polkovnik-leytenantı Rasim Abdullayev – 10 noyabr 2020-ci il, Şuşa döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn edilib.

Tibb xidməti leytenantı Mirlətif Ağayev – 26 oktyabr 2020-ci il, Qubadlı döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunun Ləkin kənd qəbiristanlığında torpağa tapşırılıb.

Tibb xidməti leytenantı Turqut Xəlilbəyli – 7 oktyabr 2020-ci il, Cəbrayıl döyüşlərində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Tibb xidməti leytenantı Adil Əfəndiyev – 21 oktyabr 2020-ci il, Xocavəndin Tuğ kəndi istiqamətində şəhidlik zirvəsinə ucalıb. Qazax rayonu Şəhidlər Xiyabanında dəfn edilib.

Tibb xidməti kapitanı Anar Məmmədov – 3 noyabr 2020-ci il, Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub. II Fəxri Xiyabanda dəfn edilib.

Tibb xidməti leytenantı Tariyel Salmanov – 3 oktyabr 2020-ci il, Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Ağcabədinin Kəhrizli kənd qəbiristanlığında dəfn olunub.

Tibb xidməti giziri Eldar Abdullayev – 18 oktyabr 2020-ci il, Zəngilan döyüşlərində şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Tibb xidməti leytenantı Azər Şəmilov – 14 oktyabr 2020-ci il, Suqovuşan istiqamətində şəhid olub. Bərdə rayonunun Kələntərli kənd qəbiristanlığında dəfn olunub.

Tibb xidməti baş leytenantı Nurlan Fərəməzov – 9 oktyabr 2020-ci il, Cəbrayıl istiqamətində şəhid olub. Astara rayonunun Təngərüd kənd məzarlığında dəfn olunub.

Tibb xidməti baş leytenantı Şöhrət Qasımov – 29 sentyabr 2020-ci il, Tərtər rayonu istiqamətində şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb.


Onların hər biri vətənin müdafiəsində əsl qəhrəmanlıq göstərərək tibb sahəsinin tarixində unudulmaz iz qoyublar.

Paylaş: