"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Tural İrfan yazır: Sufi təriqətlərinin təhlükəli illüziyası


Türkiyə üçün ən təhlükəli virus xurafatçı sufi təriqətləridir. Çoxsaylı təriqətlər, camaatlar adı ilə yayılan, artan, şarlatan şeyxlərin başçılıq etdiyi çətələrin vaxtında qarşısı alınmasa qarşıda böyük əngələ çevriləcək.

Din adı ilə sadəlövh insanları aldadıb pullarını alaraq vəqflər qurublar. Özlərinə bahalı avtomobil kolleksiyaları, villalar alaraq Misir fironları sayaq həyat sürürlər.

Təəssüf ki, ölkəmizə də sıçrayır bu təriqətlərin suyu. Cübbəli Əhmədin Qazaxdakı salxım saqqallı, xalatlı, əli çəlikli müridlərinin 2011-ci ildə orada işləyəndə başımıza nə işlər açdığının şahidiyəm.

Cəmiyyəti geriliyə, guşənişinliyə, xurafata sürüyən bu xəstəliyin daşıyıcıları ölkəmizdə də var. Sufizm də həddi aşanda fars şüubiyyəsinin batini təlimi sayaq narkotik aludəçiliyi kimi xəstəliyə çevrilir.

Çoxalırlar, sonra toplum halında vəqflər qurub xalqı istismar edərək başçılarının təmtəraqlı həyatına sərf edirlər. Mövhumat, xurafat, cəhalət yayırlar. Uçmaq, qaçmaq nağılları, fantaziya, illüziya, gözbağlayıcılıq, cadu, sehr, tilsim kimi işlərdən istifadə edərək guya möcüzə, kəramət sahibi olduqlarını iddia edirlər.

Pakistanda peyda olan "Cuf-cuf xoca" kimilər Türkiyəni də bürüyüb. Camaat inanır ki, guya Qum müctəhidləri kimi bu şeyxlər Allaha ən yaxın adamlar, hətta onun dostlarıdırlar. Hər kəs onların vəqfinə müəyyən məbləğdə ianə ödəyir. Bu təriqətlərin çoxunun şeyxləri isə Britaniya, ABŞ və İsrail kəşfiyyatına işləyir. İraqda Səddam rejimi devriləndə Qadiri təriqətinin qolu olan Kəsnizani təriqətinin başçılarının Mossadla uzun illik əlaqələri üzə çıxdı və məlum oldu ki, təriqət hətta Səddamın ailəsinin içinə qədər ayaq açıbmış və bütün məlumatları toplayıb İsrailə ötürürmüş.

FETÖ terror təşkilatı sədrinin də Türkiyəyə qarşı törətdiyi cinayətlər, dövlət çevrilişinə cəhd şübhəsiz ki, onun ABŞ - ın xüsusi xidmət orqanları ilə sıx əlaqəsinin nəticəsi idi.

İndiki təriqətlər orta əsrlərin siyasi partiyası rolundadır. Səfəvilər də bir təriqət idi, sonda hakimiyyətə gəldilər. Sufi təriqətlərinə adi dini cərəyan gözü ilə baxmaq olmaz. Siyasi alt yapısı, iddiaları olan qurum, təşkilatlardır hamısı. Çoxunu da vaxtilə farslar qurub.

Hesab edirəm ki, ölkəmizdə bu cür təriqət və cərəyanların yayılması yalnız ziyan verə bilər.

Paylaş: