"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Uğura doğru ilk addım: Tanınmışların övladları məzun oldu


Bu gün Azərbaycanda 2024–2025-ci tədris ili başa çatır. Ölkənin bütün ümumtəhsil müəssisələrində ənənəvi “Son zəng” tədbiri keçirilir. Bu əlamətdar gündə məzunlar arasında ictimaiyyətə tanış simaların övladları da yer alıb.

Bu il məktəb həyatını başa vuranlar arasında vəkil Rəşad Vaqifoğlunun oğlu Oğuz, Bakivaxti.az saytının baş redaktoru Qalib İbrahimoğlunun oğlu Murad Məmmədli, YeniÇağ Media Qrupunun rəhbəri Aqil Ələsgərin oğlu Amin Fərəcov, Matc.az saytının baş redaktoru İxtiyar Əsgərovun qızı Kifayət Əsgərova, ASAN Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyevin qızı Gülcan Niftəli, Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya departamentinin rəhbəri Mayis Musayevin oğlu Məhəmməd Musayev, CBC Sport-un şərhçisi Pərviz Musayevin oğlu Osman Musayev, Horadiz bələdiyyəsinin sədri Tural Nəbiyevin qızı Səadət Nəbiyeva, telekommunikasiya üzrə tanınmış mütəxəssis Vüqar Əliyarovun oğlu Rauf Əliyarlı və “Narkotiklər, zərərli asılılıqlar əleyhinə səfərbərlik mərkəzi” ictimai birliyinin sədri Nail Kəmərlinin qız övladı, yazıçı Tağı Türkün qızı Selcan Kərimli, Qarabağ Universiteti Elm şöbəsinin müdiri, filologiya elmləri doktoru Elçin İbrahimovun qızı Efranə İbrahimli, Bizim medianın baş redaktoru Anar Tahirovun oğlu Fuad Tahirov, jurnalist Mübariz Hacılının oğlu Nahid Hacılı, Azərbaycan Beynəlxalq BanKının mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərlinin qızı Kamilə Cəfərli də var.

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar