"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

“Uğurlu məkan”da uğursuzluq


Naxçıvanda bir neçə ictimai obyektdə aparılan yoxlamalar zamanı nöqsanlar aşkar edilmiş ictimai obyektlərin fəaliyyəti məhdudlaşdırılıb
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (NQTA) tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Naxçıvan şəhəri Əziz Əliyev küçəsində fəaliyyət göstərən Qadir Səfər oğlu Hüseynova məxsus "Restopub", Azərbaycan məhəlləsi 59 ünvanında fəaliyyət göstərən Murad Eldəniz oğlu Həsənova məxsus "Uğurlu məkan" kafesində və Məhərrəm Sabir oğlu İsmayılova məxsus "Uğurlu məkan" çayxanasında gigiyenik qaydalara əməl olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi və obyektin qeydiyyatının olmadığı aşkarlanıb.
NQTA tərəfindən aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib. Həmçinin çatışmazlıqlar aradan qaldırılanadək sözügedən obyektlərin fəaliyyəti məhdudlaşdırılıb.

 

 

 

Paylaş: