Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Mil-Muğan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə İmişli rayon ümumi təhsil müəssisələrinin müəllimlərinin, tərbiyəçi, psixoloq və valideynlərin iştirakı ilə geniş tərkibdə konfrans keçirildi. Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov, Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli, eləcə də İmişli rayonu üzrə təhsil sektorunun müdiri Elşad Uğurliyev iştirak edərək mövzu ilə bağlı çıxışlar edilər.
Konfransın məqsədi ailədaxili münasibətlərin uşaqların emosional rifahına təsiri, ailədə davranış modelləri, sağlam psixoloji mühitin yaradılması və uşaqların sosial-emosional inkişafına dəstək mexanizmləri barədə iştirakçıları məlumatlandırmaq idi.
Tədbirdə çıxış edən Rabil Şahbazov “Ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ilinin təşkili barədə “Elm və Təhsil Nazirliyinin 10 sentyabr 2025-ci il tarixli 3-29/3-2-563F/2025 nömrəli əmrini diqqətə çatdırdı və bildirdi ki, uşaqlarla təlim-tərbiyə işi həmin əmrin tələblərinə uyğun qurulmalıdır. Sonra fikrini davam edərək bildirdi ki, uşağın təməli ailədə qoyulur və psixoloji sağlamlıq ilk növbədə ev mühitindən başlayır. Məktəb isə uşağın dünyagörüşünü genişləndirən mühüm məkandır, eyni zamanda, emosional dayanıqlıq və davranış vərdişləri ailədə formalaşır. Hər bir ailə uşaq üçün güvən verən, sevgi dolu mühit yaratmalıdır.
Cavid Məmmədli məktəb-valideyn əməkdaşlığı, uşaqların təlim-tərbiyəsində onun rolunu əks etdirən fikirlər söylədi. Qeyd etdi ki, hər bir işdə valideynlərin davamlı nəzarəti olduqca vacibdir. Uşaq yalnız dərs nailiyyətləri ilə deyil, emosional vəziyyəti, sosial münasibətləri ilə də diqqət tələb edir. Bu baxımdan, ailə-məktəb münasibətlərinin mövcud qadalara uyğun qurulmalıdır.
Tədbir zamanı ailədaxili ünsiyyətin gücləndirilməsi, uşaqlarda stress və gərginliklə mübarizə yolları, müasir dövrdə uşaqların qarşılaşdığı psixoloji risklər və onların qarşısının alınması barədə geniş müzakirələr aparıldı.
Valideynlər onları narahat edən suallar səsləndirib, fikir mübadiləsinə qoşuldular.
Konfransda belə maarifləndirici tədbirlərin davamlı keçirilməsinin vacibliyi qeyd olundu.
Səxavət Tağlar, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Prezident təqaüdçüsü.






4 Dekabr 2025, 0:12 - 532
Paylaş: