"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Vəli Canməmmədovun xatirəsi anıldı


Birinci Qarabağ müharibəsi şəhidi əsgər Vəli Eldar oğlu Canməmmədovun anım günü münasibətilə əziz xatirəsi yad edilib.
Şəhid Vəli Canməmmədovun xatirəsinə ehtiram əlaməti olaraq, məzarı ziyarət edilmişdir. Ziyarət mərasimində Kəngərli Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin, Qıvraq qəsəbə İcra Nümayəndəliyinin əməkdaşları, Bələdiyyə sədri, şəhid yaxınları və Dini icmanın üzvü iştirak etmişdir.
Mərasimdə şəhidin əziz xatirəsi sonsuz ehtiramla yad edilmiş, məzarı önünə tər qərənfillər düzülərək ruhuna dualar oxunmuşdur.

Paylaş: