"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

"Vətən Bağı" ailəsi üçün qürur anı


Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə təsis edilən “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif olunan şəxslərin siyahısı açıqlanıb.

 

Təltif edilənlər arasında AFN.az xəbər portalının redaktoru Həbibə Abdulla da yer alıb. Yubiley medalı Azərbaycan milli mətbuatının inkişafında, jurnalistikanın peşəkar prinsiplərinin qorunub saxlanılmasında və ictimaiyyətin operativ, obyektiv məlumatlandırılmasında göstərilən xidmətlərə görə təqdim olunub.

 

Qeyd edək ki, Həbibə Abdulla uzun illərdir media sahəsində fəaliyyət göstərir, jurnalist və redaktor kimi müxtəlif ictimai-sosial mövzularda məqalə və xəbərləri ilə seçilir, informasiya məkanında fəallığı ilə tanınır.

 

Onu da bildirək ki, Həbibə Abdulla eyni zamanda “Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyinin media rəhbəridir.

19 Dekabr 2025, 22:16 - 131

Paylaş: