"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Zaur Əliyev yazır: Vətən bağı al əlvandır


Bir hekayətə görə, Qarabağ xanının qızı Ağabəyim ağa, “Vətən bağı”nda “xarı bülbül”ü görməyib qəmlənir, Fətəli şahın “niyə kefin pozuldu?” - sualına “Vətən bağı al-əlvandır, yox hüsnündə xarı-bülbül”, - deyə cavab verir.

Bu gün artıq “Vətən Bağı” hüsnündə xarı-bülbül özünü bütün dünyaya göstərir ki, Azərbaycan suveren bir dövlətdir və onun hər qarışında bir sevgi var. 44 günlük Zəfər müharibəsindən sonra Azərbaycanın işğaldan azad edilən torpaqları bir səslə deyir:

“Vətən bağı al-əlvandır, var içində xarı bülbül”

“Vətən bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin təşkilatçılığı Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 2021-ci ilin sentyabrında Tərtər rayon Şıxarx qəsəbəsində “Vətən bağı” şəhidlər parkının yaradılması da dünyaya səslənən bir mesaj idi.

“Vətən bağı” – bir şəhid, bir ağac məqsədi ilə  yaradılan Parkda əkilən hər bir ağac bir Şəhidin adını daşıyır. Bağdakı ağaclara şəhidlərimizin şəkli, adı, ata adı və soyadı olan, QR kodlu məlumat lövhələri yerləşdirilib. QR kod oxudulan zaman həmin şəhid haqqında müfəssəl məlumat əldə etmək mümkün olur. 3600 şəhid haqqında QR məlumat lövhələr yerləşdirilib. 1988-ci ildən bu günədək şəhid olan bütün Tərtər şəhidləri, 44 günlük Vətən müharibəsində, Aprel və Tovuz döyüşlərində şəhadətə ucalan, Azərbaycanın 2 xanım Milli Qəhrəmanı (Salatın və Gültəkin Əsgərova), həmçinin Türkiyənin azadlığı və müstəqilliyi uğurunda canlarını fəda etmiş 10 türk şəhid xanımın da məlumat tabloları bağda yer alıb.

 

“Vətən bağı”nda müxtəlif meyvə ağaclarının çiçəklərinin ətrini əsirlikdən qurtarmış, azad olunmuş torpaqlarımızın qan qoxulu çiçəklərinin ətrinə qatacaqdır. Vaxt gələcək, bir zamanlar bu yerləri görənlərin dillərində səslənəcək: “Vətən bağ”ı al-əlvandır, var içində xarı bülbül”. Qarabağ torpağı ən gözəl ağacları, gülləri bitirən torpaqdır, daşında, qayasında kəkliyi, qırqovulu, bağ-bağçasında cəh-cəhi ilə bülbülü oxudan torpaqdır. İnanıram ki, “Vətən bağı” da öz möhtəşəmliyi ilə təkcə cəh-cəh vuran quşlarımızın məskəni deyil, rayonumuzun mötəbər qonaqlarının ziyarət etdikləri məkana çevriləcək.

 

Zaur Əliyev, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 

 

Paylaş: