Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılmasının 5 illiyi münasibətilə qurumun rəhbəri Aygün Əliyevaya təbrik məktubu ünvanlayıb.
Birlik sədri Agentliyin ötən beş il ərzində ölkədə vətəndaş cəmiyyəti institutlarının inkişafında müstəsna rol oynadığını vurğulayıb. Təbrikdə Agentliyin fəaliyyəti yüksək qiymətləndirilərək, qurumun QHT-lər üçün sadəcə maliyyə donoru deyil, həm də strateji tərəfdaş olduğu qeyd edilib.
Emin Tarverdiyevin təbrik məktubunda deyilir:
"Hörmətli Aygün xanım, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılmasının 5-ci ildönümü münasibətilə Sizi və Agentliyin bütün əməkdaşlarını ürəkdən təbrik edirəm. Ötən beş il ərzində Agentlik ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının inkişafı, QHT-lərin fəaliyyətinin stimullaşdırılması və dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi istiqamətində müstəsna rol oynamışdır. Sizin rəhbərliyiniz altında həyata keçirilən şəffaf qrant müsabiqələri, innovativ layihələr və QHT-lərin potensialının artırılmasına yönəlmiş təşəbbüslər vətəndaş təşəbbüskarlığının yeni mərhələyə qədəm qoymasına geniş imkanlar yaratmışdır."
Birlik sədri həmçinin Agentliyin milli maraqlarımızın qorunması və sosial əhəmiyyətli məsələlərin həllindəki fəallığını təqdirəlayiq hesab etdiyini bildirib. Məktubun sonunda Agentlik rəhbərliyinə və kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulanıb:
"Xüsusilə vurğulamaq lazımdır ki, Agentlik qısa müddət ərzində QHT-lər üçün yalnız maliyyə dəstəyi mərkəzi deyil, həm də mühüm bir strateji tərəfdaş və platforma funksiyasını uğurla yerinə yetirməyi bacarmışdır. Bu əlamətdar gündə Sizə və kollektivinizə cansağlığı, fəaliyyətinizdə yeni-yeni uğurlar və Azərbaycan vətəndaş cəmiyyətinin daha da çiçəklənməsi yolunda yorulmaz fəaliyyət arzulayıram."

19 Aprel 2026, 14:46 - 2240
Paylaş: