Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Vətən Müharibəsi əlillərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar sırasında təhsil birinci yerə qoyulmalıdır. Vətən Müharibəsi əlillərinin təhsilə cəlb edilməsi mühüm məsələdir. Qazilərimizin təhsil alması onların həyatında həm də psixoloji baxımdan müsbət rol oynayacaq. Üstəlik, bu həssas təbəqənin təhsil alması onların gələcək peşə fəaliyyətində də uğurlu nəticələrə səbəb olacaq.
Hazırda təhsil üçün müraciət edən, bir çox qazilərimiz var. Onların sırasında xaricdə təhsil alanlar da var. Xaricdə təhsil alan qazilərimizin əsas problemlərindən biri də onların təhsil haqları ilə bağlıdır. Xaricdə təhsil haqları olduqca yüksək olduğundan bir çoxları təhsil haqlarını ödəməkdə çətinlik çəkir.
Ukrayna, Türkiyə və bir çox ölkələrdə təhsil alan qazilər bu məsələdə problem yaşayırlar. Xaricdə Dövlət proqramı ilə təhsil alan gənclərimiz var və onların təhsil haqlarını dövlətimiz ödəyir. İstərdik ki, dövlətimiz xaricdə təhsil alan qazilərin də ödənişlərini öz üzərinə götürüb, bizə dəstək olsun.
Düzdür, Azərbaycan Respublikasında təhsil alan hər bir şəhid ailə üzvləri, həmçinin müharibə iştirakçıları, müharibə əlillərinin təhsil haqlarını dövlətimiz ödəyir. Bu, çox gözəl təşəbbüs və Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə, qazilərə yüksək diqqətinin göstəricisidir.
Yuxarıda da qeyd etdiyim kimi, bu diqqətin, dəyərin xaricdə təhsil alan qazilərimizə də şamil olunmasını arzulayırıq.
Xəqani Muradov, Vətən Müharibəsi Əlili
Paylaş: