"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Xocalı məktəbinin məzunlarının ilk görüşü keçirilib


Oktyabrı 25-də Xocalı şəhər 1 nömrəli tam orta məktəbin məzunları illər sonra ilk dəfə bir araya gəliblər. 36 il əvvəl bu məktəbdə müəllimə kimi çalışmış Xocalı sakini Səriyyə Müslümqızının təşəbbüsü ilə təşkil olunmuş görüşdə 1980–1990-cı illərdə məktəbdə təhsil almış məzunlar və o dövrün müəllimləri iştirak ediblər.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüş iştirakçıları əvvəlcə Xocalı Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.1992-ci ilin fevralında erməni silahlı birləşmələri tərəfindən törədilən Xocalı soyqırımının dəhşətlərindən, o faciənin xalqımızın yaddaşında buraxdığı izlərdən də  danışıblar.Tədbirin təşkilatçısı Səriyyə Müslümqızı çıxışı zamanı bildirib ki, bu gün azad Xocalının adı qürurla çəkilir,  insanlar  doğma yurdlarına qayıdır, Xocalıya həyat yenidən dönür. Onun sözlərinə görə, bu gün burada toplaşmaq  həm yaddaşın, həm də qürurun təntənəsidir. Tədbirin sonunda məzunlar belə görüşlərin davamlı keçirilməsinin vacibliyini vurğulayaraq, azad Xocalının dirçəlməsi və gənc nəslin doğma torpaqlarda yetişməsi üçün birgə səylə çalışacaqlarına söz veriblər.

 

 

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar