"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Yeni Klinikanın “Balaca qəlblərlə böyük görüş” layihəsi Şəkidə gerçəkləşdi


Yeni Klinika rəhbərliyi və tibbi heyəti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyilə Şəki şəhər 6 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinlərini ziyarət ediblər.  

Yeni Klinikadan saytımıza verilən məlumata görə səfər çərçivəsində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüş baş tutub. Görüş zamanı Elxan Usubov qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət, eləcə də bu cür sosial təşəbbüslərə verdiyi dəstəyə görə Yeni Klinikaya təşəkkür edib.

Barat Yusubov klinikanın fəaliyyəti haqqında məlumat verərək Şəki Şəhər İcra Hakimiyyəti ilə gələcəkdə də sosial və humanitar istiqamətli layihələrin həyata keçirilməsində əməkdaşlığa hazır olduğunu bildirib.

“Balaca qəlblərlə böyük görüş” adlı sosial layihə çərçivəsində təşkil olunan səfərin məqsədi uşaqlara mənəvi dəstək göstərmək, onların sağlamlıq vəziyyətinə diqqət yetirmək və cəmiyyətin diqqətini qayğıya ehtiyacı olan uşaqların problemlərinə yönəltmək olub.  
Ziyarət zamanı uşaq evinin sakinləri Yeni Klinikanın həkim-pediatrları tərəfindən müayinə olunub, onlarla səmimi söhbətlər aparılıb, müxtəlif hədiyyələr təqdim edilib. 

Klinikanın direktoru Barat Yusubov uşaq evinin direktor müavini İlhamə Məmmədova ilə görüşərək müəssisədə yaradılmış şəraitlə tanış olub, burada yaşayan uşaqların sağlamlıq vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıb. Direktor bu cür sosial təşəbbüslərin Yeni Klinikanın korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri olduğunu xüsusi qeyd edib.

Ziyarət zamanı iştirakçılar həmçinin qədim Şəkinin zəngin tarixi irsi, memarlıq ənənələri və turizm potensialı ilə yaxından tanış olublar.

 

 

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar