"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Zahid Oruc: "Bu layihələr icrası və nəticələri ilə ictimai marağa xidmət edib"


Üç il əvvəl qeydiyyatı üçün zəmanət verdiyimiz "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi bu illər ərzində əhəmiyyətli dərəcədə böyüyərək və inkişaf edərək nümunəvi bir təşkilata çevrilib. Onların gördüyü işlər cəmiyyətin diqqətindədir və bu fəaliyyətlər vətəndaş təşəbbüslərinin necə böyük nəticələr verəbiləcəyini göstərir.

Cəmiyyətin formalaşmasında və sosial problemlərin həllində Qeyri-Hökumət Təşkilatlarının (QHT) rolu danılmazdır. "Vətən Bağı Sosial Təşəbbüslər İctimai Birliyi də bu sırada layiqli yer tutur.

2021-ci ildə Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi və "Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin təşkilatçılığı ilə Tərtər rayonunun Şıxarx qəsəbəsində salınan "Vətən Bağı Şəhidlər Parkı rayona gələn qonaqların ziyarət etdiyi önəmli məkanlardan birinə çevrilib. Bu park həm şəhidlərimizin xatirəsini yaşadır, həm də vətənpərvərlik ruhunun güclənməsinə xidmət edir.

Təşkilat indiyədək Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə iki uğurlu layihə həyata keçirib. Bu layihələr icrası və nəticələri ilə ictimai marağa xidmət edib və müsbət rəy qazanıb.

Sevindirici haldır ki, "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi öz rəsmi veb saytını da yaradıb və fəaliyyətləri ilə bağlı məlumatları cəmiyyətə daha əlçatan edir. Bu yolda onlara uğurlar arzulayıram. İnanırıq ki, gələcəkdə daha böyük təşəbbüslərlə cəmiyyətimizə töhfə verməyə davam edəcəklər.              

Hörmətlə, İdarə Heyətinin sədri Zahid Oruc

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar