"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Zəriflik və zəka: Azərbaycan qadınının mənəvi siması


28 aprel 2026-cı il tarixində İsmayıllı rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum gününə həsr olunmuş “Zəriflik və Zəka: Azərbaycan qadınının mənəvi siması” adlı tədbir təşkil olunub.
Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndələri, İsmayıllı rayon Heydər Əliyev Mərkəzi, İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin birgə təşkilatçılığı ilə baş tutub.
Görüşdə kollecin tibb ixtisasında təhsil alan tələbələr, rayonun mədəniyyət müəssisələrinin əməkdaşları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Xüsusilə gənclər üçün tədbir həm maarifləndirici, həm də milli-mənəvi dəyərlərin aşılanması baxımından əhəmiyyətli olub.
Tədbirin əsas məqsədi akademik Zərifə Əliyevanın əziz xatirəsini ehtiramla yad etmək, onun zəngin elmi irsini və yüksək mənəvi dəyərlərini gənc nəslə örnək kimi təqdim etmək, həmçinin milli-mənəvi dəyərlərin qorunmasına töhfə verməkdən ibarət olub.
Tədbirdən əvvəl qonaqlar mərkəzin foyesində təşkil olunmuş xatirə guşəsi ilə tanış olublar. Burada Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, kitablar və arxiv materialları nümayiş etdirilib, iştirakçılar öz xatirələrini bölüşüblər. Daha sonra akt zalında akademikin həyat fəlsəfəsinə həsr olunmuş “Zərif ömür” adlı videorolik təqdim edilib.
Çıxış edən natiqlər Zərifə Əliyevanın oftalmologiya sahəsində qazandığı elmi nailiyyətlərdən, Azərbaycan tibb elminə verdiyi töhfələrdən və onun bir ziyalı, eyni zamanda Azərbaycan qadınının mənəvi ucalığını təcəssüm etdirən nümunəvi həyat yolundan danışıblar. Qeyd olunub ki, onun irsi yalnız tibb sahəsi ilə məhdudlaşmır, eyni zamanda milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin tərbiyəsində mühüm rol oynayır.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.

 

 

 

 

28 Aprel 2026, 22:55 - 62

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar