Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
“Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev Azərbaycan idman mətbuatının tanınmış siması, “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmlini 50 illik yubileyi münasibətilə təbrik edib.
Bu barədə İctimai Birlikdən məlumat verilib.
Təbrikdə Mahir Rüstəmlinin Azərbaycan idman jurnalistikasının formalaşmasında və inkişafında müstəsna rol oynadığı, uzun illər rəhbərlik etdiyi “Futbol+” qəzeti ilə böyük bir media məktəbi yaratdığı vurğulanıb.
Emin Tarverdiyev təbrik müraciətində M.Rüstəmlinin təkcə peşəkar jurnalist kimi deyil, həm də cəmiyyətdə sarsılmaz əqidəsi, sadəliyi və məsuliyyəti ilə əsl ləyaqətli vətəndaş nümunəsi olduğunu diqqətə çatdırıb:
“Siz Azərbaycan idman mətbuatının inkişafında və formalaşmasında müstəsna xidmətləri olan, öz dəst-xətti və prinsipial mövqeyi ilə seçilən dəyərli ziyalımızsınız. Rəhbərlik etdiyiniz ‘Futbol+’ qəzeti təkcə bir mətbuat orqanı deyil, eyni zamanda neçə-neçə gənc jurnalistin yetişdiyi gerçək bir məktəbdir.”
Birlik sədri yubilyara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və fəaliyyətində yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

22 Oktyabr 2026, 19:01 - 116
Paylaş: