Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Fövqəladə bir duruş, buludların arasından görünən əzəmətli bir dağ. İqlimə hökm edən görnüşə sahib bu sirli abidənin bütün diqqəti dalğalanan Xəzərin üzərindədir. Bu məkan hər kəsin şimalın sonsuz üfüqlərinə üz tutduğu yolun kənarında özünə tarixi bir səltənət qurmuşdur.
Hər kəs zaman-zaman haqqında söz açacağımız tarixi yer barəsində əfsanəvi hadisələr eşidib. Bu isə həmin yerə qarşı olan marağın daha da artmasına gətirib çıxarır.
Söhbət hələ də tədqiq edilən və əfsanəfi tarixi gündən-günə özünə böyük diqqət çəkən Beşbarmaq dağından gedir. Onun mistik ruhu isə bütün Siyəzənin havasında sanki süzülür və sirli yerlərə səyahət yalnız heyrətamiz bir şəhərin təəssüratlarını artıracaq. Qeyri-adi və sirli hər şeyin əsl biliciləri mütləq keçmişin keçmiş əfsanələri ilə tanış olmalıdırlar.
İnsanlar Beşbarmağın müqəddəs məkan olduğuna inanır və rəvayətə görə, ümid və arzuların gerçəkləşdiyi yerdir. Hələ qədim zamanlarda Beşbarmaq dağı Qafqaz Albaniyasının sakinlərinin ibadət yeri olub.
Bunun izahı çox sadədir. Hələ monodinlərin - yəhudiliyin, xristianlığın və islamın yaranmasından əvvəl, hətta atəşpərəstlikdən, daha sonra isə zərdüştilikdən əvvəl qədim insanlar bu gün çoxlarının unutduğu bir dinə - orolatriyaya etiqad edirdilər.
Bu, dağ zirvələrinə, qeyri-adi formalı qayalara və ayrı-ayrı iri daşlara sitayişdir. Qeyri-adi olan hər şey ilahiləşdirildi, buna görə də sərbəst dayanan yüksək qayaların arzuları yerinə yetirə biləcəyinə inam yarandı.
Beşbarmaq çoxlu sirləri, sirləri, mifləri, əfsanələri özündə saxlayır. Bəzi alimlərin fikrincə, “Beşbarmaq” dağının adı əl barmaqları ilə bağlı deyil, tamam başqa etimologiyaya malikdir. Məsələ burasındadır ki, XVIII əsrə qədər Quba xanlığının tərkibində olan yeddi mahaldan biri olan Bərmək mahalı burada yerləşirdi.
Beşbarmaq dağı elə bir unikal təbiət hadisəsidir ki, orada buludlarla dənizin necə qovuşduğunu açıq şəkildə görmək olar. Ərazinin təbii relyefi isə özündə bir çox möcüzələri gizlədir. Bakıdan cəmi 95 kilometrlik məsafədə yerləşən Beşbarmaq dağı haqqında çoxlu fərziyyələr, maraqlı tədqiqatlar var. Dağ silsiləsi eyni zamanda müqəddəs ziyarətgah hesab olunsa da, tarix və mədəniyyət nümunəsi kimi də önəm daşıyır. Xəzərin sahili ilə gedən yoldan burulub Beşbarmaq dağına qalxan yoxuşla dağın ətəklərinə çatmaq olur. Qarşıda daha nəhəng sinəsi sıldırım qayalı bir dağ görünür. İstər tarixi, istərsə də mədəni dəyərə malik olan bu ərazi qoruq elan olunandan sonra mənəvi dəyərinə turizm adlı bir elemetdə əlavə olundu. Hələ qədim zamandan ziyarətgah mövqeyi daşıyan dağın bətnində neçə-neçə turizm növü üçün imkanlar bəslənirmiş Bunlar arasında quşların köçünü seyr etmək üçün ornitoloji turizm, milli keçmişimizi və tariximi öyrənmək üçün arxeoturizm və s. mövcuddur. Bir turizm məbədi olan Beşbarmaq dağında yuxarıda qeyd olunanlardan əlavə qayaya dırmanma, atçılıq, hipoterapiya, yamac paraşütü, bəzi ekstremal idman növləri və s. turizm məhsullarının inkişafı üçün də böyük imkanları mövcuddur. Magistral yoldan dağa kifayət qədər məsafə olsa da, əzəmətindən adama elə gəlir ki, bircə əlini uzatsan zirvəyə toxunub göylərə ucalacaqsan. Beşbarmaq dağının ərazisi dini-mənəvi destinasiya (ziyarət məkanı) olmaqla yanaşı, həm də unikal təbiət abidəsi və təbii irs nümunəsi kimi təkrarolunmaz təbii landşafta malikdir.
Özündə bir çox növü birləşdirən turizm anlayışının tərkibində dini turizmdə mövcuddur. Hazırda dini turizm tamamilə yeni səviyyədə inkişaf etdirilib. Doğrudur, bir çox böyük dinlərin mərkəzi ibadət ocaqları hər zaman olduğu kimi indi də məşhurdu, lakin yeni dini turizm istiqamətləri hazırlanır və artıq qismən tətbiq olunur. Dini turların istehlakçıları daha çox dindarlar və ya pravoslavlıq və digər dinlərin tarixi ilə maraqlananlar olur. Dünyada mövcud olan bu tendensiya Azərbaycanada da öz təsirini göstərməyə başladı. Əsasən də Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi turizmin bütün sahələrinin inkişafını təmin etmək üçün yaranan yeni-yeni qoruqların turizm potensiyalının yüksəldilməsi naminə daim fəaliyyətlərini davam etdirir. Azərbaycan ərazisində mövcud olan və dini turizm məntəqələrindən sayılan “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu və “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu öz individuallığı ilə seçilir.
Qeyd olunan yer içərisində son zamanlarda qoruq statausu almış Beşbarmaq dağı öz təbii lantşaftı və özünəməxsus tarixi ilə istər yerli, istərsə də xarici turistlərin böyük marağını çəkməyə qadirdi. Məhz bu amili nəzərə alaraq Beşbarmaq dağının turizm potensiyalını geniş şəkildə tədqiqata cəlb etdik.
İndi isə gələk bu fövqəladə görnüşə sahib dağ haqqında olan əfsanələrə.
Bildiyiniz kimi, İsgəndərin farslı cariyəsi olan Barsina III Daranın bütün sarayı ilə birlikdə onun yanına gəldi. (O, Makedoniya padşahlarının sülaləsinin sonuncu varisini dünyaya gətirdi.) O, İsgəndərə Əhəməni imperiyasının kənarında ölməzlik suyu ilə bulaq haqqında danışdı.
Bunu bilən hökmdarı ən yaxşı döyüşçünü çağırıb onu möcüzəli su üçün Beşbarmaq dağına göndərdi. Amma, qayıdarkən döyüşçü küpəni sındırdı. Döyüşçü edamdan qorxaraq yerli sənətkarlara eyni qabı düzətdirdi və onu adi su ilə doldurdu.
Saxtakarlıqdan şübhələnməyən İskəndər gəmini qurutdu və bayquşun ölümsüzlüyünə inanırdı. Buna görə də Hindistana səfəri zamanı o, qorxmazlıq möcüzələri göstərdi. Lakin, yeni yürüşdən 5 gün əvvəl o, dəhşətli qızdırma ilə xəstələndi və tezliklə öldü.
Dağ haqqında təkcə əfsanələr deyil, həm də bir çox səyyahlarda öz əsərlərində qeydlər ediblər.
XIII əsr fransız səyyahı V.Rubrukun qeydlərində də xatırlanır. Beşbarmaqdan qalan qala divarı düz Xəzər dənizinə qədər uzanırdı. VII əsr coğrafiyaşünasları bu divarı Atlı Van divarı adlandırmışlar. Bəzi tədqiqatçılar hesab edirlər ki, bu qala Şirvan bölgəsini Xursan ölkəsindən ayırıb.
XVII əsrdə Şərqi Azərbaycanda olmuş holland səyyahı Yan Streys yazırdı: “Biz dənizin yaxınlığında bir dağ gördük. Onu Parmah və ya Barmah adlandırırdılar. Dağın zirvəsi uzanmış şəhadət barmağına bənzəyirdi. Bir vaxtlar bu ərazilərin müdafiəsi kimi xidmət edən möhtəşəm bir qala var idi. Bu qalanın bünövrəsi və daş bulağı bu günə kimi burada qorunub saxlanılıb”.
Alban tarixçisi Musa Kalankatuyski yazır ki, Beşbarmaq üzərində qalan qala 438-457-ci illərdə Sasani hökmdarı Yezdegird tərəfindən tikilmişdir.
1636-1638-ci illərdə müasir Azərbaycan ərazisində olmuş alman səyyahı Adam Olearius da öz yazılarında dağı təsvir etmişdir.
Ümumiyyətlə, daşların özləri daha çox maraq doğurur, onların bir çoxu qəribə formadadır, bəziləri hava şəraitinin təsiri altında çatlamış, digərləri çökmüş, digərləri isə yağış və su axınları nəticəsində boşluqlar almışlar. Qayaları araşdırarkən, sanki qılıncla iki hissəyə bölünmüş bir daş blok görünür. Yaxınlıqda böyük bir daşın üzərində kiçik, lakin uzun bir çökəklik var idi. Yerli əhalinin dediyinə görə, bu yerdə (yalnız cümə günləri) müqəddəs şirin su axır ki, Xızır peyğəmbərin göz yaşları ona müalicəvi güc verir. Təbii ki,bu su kondensasiya və ya yağış prosesində toplana bilər, sonra da daşlardakı çatlar və yarıqlardan sıza bilər.
Beşbarmaq ətrafında çoxlu qeyri-adi formalı daş və qayalıqlar olduğunu adi gözlə görmək olar. Alimlərin fikrincə, dağın ətrafında aparılan qazıntılar sayəsində qədim yaşayış məskənlərinin qalıqları, qab-qacaq və məişət əşyaları nümunələri aşkar edilib ki, bu da insanların bu ərazidə uzun müddət məskunlaşdığını təsdiqləyir. Bu faktı karvansaranın xarabalıqları, qala divarları və yerli qəbiristanlıq, qədim yaşayış məskənlərinin qalıqları da təsdiq edir. Bura yaxın qonşu kiçik dağların zirvələrində Beşbarmaq dağına bənzər kiçik qayalı massivləri görünür. Bu onu deməyə əsas verir ki, belə qayalıq massivlər bu ərazi üçün xarakterikdir, lakin Beşbarmaq dağı onların ən böyüyü və əzəmətlisidir və buna görə də insanlara fövqəltəbii güc, sehrli xüsusiyyətlər və qeyri-real bir şey bəxş edir. Bəlkə də burada mövcud olan enerji insanları bu dağın möcüzəvi xüsusiyyətlərinə inandırır.
1. Beşbarmaq səddi
Dağlar özündə bir çox tarixi abidəyə də ev sahibliyi edib. Bu abidələr arasında tarixi qalalar xüsusi olaraq seçilir.
Tarixi qalalar və sədlər dövlətlərin əsas paytaxt şəhərləri başda olmaqla digər vacib yaşayış yerlərini də qorumaq üçün tikilən müdafiə sistemidir. Onların bəziləri var ki, bir neçə yüz il ərzində tikilib və indi də hərbi istehkam abidəsini təmsil edir və yerləşdikləri yerlərə görə unikallığını qoruyur. Qalaların bəziləri dəniz sahillərində də yerləşə bilər. Möhkəm inşa olunan qalalar bir neçə əsr ərzində öz rolunu yerinə yetirə bilir və qoruduğu yerin düşmənin hücumuna məruz qalması zamanı az tələfat verməsini təmin etməyi bacarır. Hazırda isə bir çox müdafiə strukturları sistemi təyinatı üzrə istifadə edilmir, indi onlar ekskursiyaların keçirildiyi məşhur turistik yerdirə çevrilib. Bu cür müdafiə sisteminə Azərbaycan ərazisində rast gəlmək olar. Məlum olduğu kimi tarix boyu çoxsaylı hücumlara məruz qalan Azərbaycanı bu basqınlardan qorumaq üçün müxtəlif dövlərdə inşaa olunan qala və sədlərin hər birinin özünəməxsus memarlıq xarakteristikası vardır. Belə abidələrdən biri də şimaldan gələn yürüşlərin qarşısını almaq üçün tikilən Beşbarmaq səddidir. Yazılan məqalədə isə bu səddin tarixi əhəmiyyəti və onun inşaat texnologiyasına yer verilib. Beşbarmaq səddinin şimaldan gələn hücumlardan qorunmaq üçün qurulan ümummüdafiə sistemində tutduğu mövqe və ondan istifadə imkanları da tədqiqatın praktik əhəmiyyəti kateqoriyasına daxildir. Yazılan məqalənin aktuallığı da onunla ifadə olunur ki, bu ərazidə hələ də arxeoloji qazıntılar aparılır və səddin bir hissəsi artıq aşkar edilib və onun üzərində tədqiqat işləri hələ də davam edir. (davamı olacaq)
Anar İbrahimov, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin aparıcı məsləhətçi