"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Azərbaycan xalçaları: milli və bəşəri dəyər kimi - Həmidə Cavanşir araşdırır


Şəkil 1- də görmüş olduğunuz Qacar xalçası Londonda 2,8 milyarda satılıb. Fətəli şah Qacarın sifarişi ilə toxunmuş 230 illik ipək xalça  196 000 dollara (təxminən 2,8 milyard tümənə) satılaraq, bu auksionda satılan bütün maddi- mədəniyyət nümunələri arasında dördüncü ən bahalı xalça olmuşdur.
Yuvarlaq 230 illik tarixi olan bu xalçanın yuxarı hissəsində yazılıb: Sultanın vəliəhdinin və qurəbalarının ( şahın yanında əyləşənlər ) əmri ilə" ( əsər Novruz Saruqi 1205 ay və 1170 günəş təqvimi).
Həmçinin bu hərracda  cəmi 311 əsər satılmış və ilkin olaraq 320-450 min dollar arasında qiymətləndirilən Qanuni-Sultan Süleymanın ( Osmanlı İmperiyasının onuncu sultanı) portret tablosu sonda 6,9 milyon dollardan çox qiymətə satılaraq, ən bahalı əsərin rekordunu yeniləyib.
Şəkil 2- də gördüyümüz isə Şeyx Səfi xalçasıdır. Xalçanın qısa tarixinə nəzər salaq.
Ərdəbil xalçalarının dünyada ən məşhuru onun London muze­yində nümayiş olunan nüsxəsidir (1539; hicri-946). Bu xalı Şah İsmayıl Xətainin oğlu Təhmasib tərəfindən Səfəviyyə təri­qətinin başçısı Şeyx Səfiəddin İshaqın Ərdəbildəki məscid-türbəsi üçün toxunması əmr edilmişdi. 1891-ci ildə  İranda xaos şəraitdə məsciddən Azərbaycan xalçaçılığının mirvarisi “Şeyxi Səfi” xalçası yox oldu. Bu biganəliyin kökündə isə Ərdəbildə baş vermiş zəlzələdən zərər çəkmiş Şeyx Səfi kompleksinin təmirinə yerli imkanlı adamların vəsait ayırmaması durur, daha sonra xalça aksiona (hərraca) çıxarılıb.
1893-cü ildə qısa müddət ərzində 2000 funt sterlinq yığıldı və xalça ingilislər tərəfindən alındı. Qeyd edək ki, "Şeyx Səfi” xalçası ilə yanaşı,  Şah Təhmasibin üzəri qızılla örtülmüş qılıncı, o cümlədən  Səfəvilərə aid miniatürlər, Viktoriya və Albert Muzeyinin ən dəyərli əşyaları sırasında öz yerini alıb. Əfsuslar olsun ki, hamısı  bu gün İran adlanan ölkənin nümunələri adı altında təqdim olunur və olunmağa davam edir.

Həmidə Cavanşir, Güney Azərbaycan və Türk tarixi üzrə araşdırmaçı

 

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar