"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Səxavət Məmməd: Azərbaycan qələbədən başfırlanması yaşamadı


Dünyada ərazi münaqişləri, milli münaqişlərə alovlandığı bir zamanda Azərbaycan həm ərazi, həm də milli münaqişə sayılan Qarabağ problemini həll etmiş oldu. Ona görə də, qlobal aləmdə baş verənlər fonunda Azərbaycanın əli güclənmiş vəziyyətdədir.

Azərbaycan ərazi bütövlüyünü həll etmiş olsa da, məsələnin bitməsini düşünmək yalnışlıq olardı. Faktiki olaraq hər şey bitmiş kimi görünsə də, əslində çox şey yeni başlayır deyə bilərik. Xüsusilə son zamanlar Ermənistan tərəfi ciddi şəkildə silahlanmaya gedir, Qərb ölkələri və Rusiya prosesi yenidən alovlandırmaqdadır. Yəni, sülh müqaviləsi bağlanmadıqca, əl daim tətikdə olmalıdır.

Azərbaycan qələbədən başfırlanması yaşamadı. Düzdür, müəyyən mənada qələbənin eyforeyası oldu, ancaq bu səhvlərə yol açmadı. Azərbaycan tərəfi müharibədən sonra ordusunu gücləndirmək üçün daha çox addımlar atdı. Müharibə ciddi şəkildə təhil edildikdə aydın oldu ki, motoatıcı bölmələrin sayını azaldıb, dağ atıcı bölmələrin sayını artırmaq lazımdır. Ona görə də, Azərbaycan ordusunun tərkibində komando briqadaları yaradıldı. Onları inkişaf etdirmək üçün isə hə xaricə, həm də daxildə ciddi təlimlər keçirildi. Bununla paralel olaraq Azərbaycan ordusu öz arsenalına yeni silahlar aldı. Hətta köhnəlmiş aviaparkını da yeniləndi. Azərbaycan Pakistandan JF-17 çoxməqsədli bütün hava şəraitinə uyğun döyüş təyyarələri aldı.

Sual yarana bilər, əgər hər şey bitibsə, bu qədər hərbi gücü artırmaq nəyə lazımdır? Yuxarıda da qeyd etdiyim kimi hər şey bitməyib, əksinə yeni başlayır. Bundan əlavə qlobal aləmdə baş verən proseslər onu deməyə əsas verir ki, hərbi gücün artırılması hər şeydən vacibdir. Dünyada sürətlə gedən silahlanma, beynəlxalq hüququn işləməməsi böyük dövlətlərin kiçik, yaxud zəif dövlətlərə diş qıcaması hərbi gücü artırmağa ciddi əsas verir.

Açıq şəkildə görünür ki, Ermənistan tərəfi də ciddi hazırlıq içərisindədir. Qarşı tərəf də müharibənin nəticələrini ciddi analiz edib, yeni silahlar alır, zabitlər Qərb ölkələrində kurslara cəlb edilir, müdafiə xərcləri də rekord həddə çatdırılıb.

Nəzərə almaq lazımdır ki, bu regionda sülh müqaviləsinin imzalanmasını istəməyən böyük dövlətlər var. İndiki mərhələdə nə Qərb ölkələri, nə də Rusiya bu regionda sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Əskinsə, atdığı addımlar sülhün əldə olunmaması üçündür. Ermənistanda revanşist qüvvələr, müxalifətdəki Sərkisyan, Köçəryan yenidən Qarabağı işğal etmək ideyalarından danışırlar. Bundan əlavə Qarabağdan köçən erməniləri də Ermənistanda aktivləşdiriblər. Dünyadakı bütün münaqişə ocaqları alovlanmış vəziyyətdədir. Belə olan təqdirdə Cənubi Qafqaz kimi regionda sülh heç kimə lazım deyil.

Böyük dövlətlər artıq kiçik dövlətlərin nazı ilə oynamaq niyyətində deyil. Rusiya Ukraynada işğalçı siyasət aparır, ABŞ-nin yeni administrasiyası Qrenlandiya, Kanadanı öz təkibində görmək istəyini bəyan edir. Rusiya prezidenti açıq şəkildə bildirir ki, kiçik və zəif dövlətlərin varlığına son qoyulmalıdır. Yeri gəlmişkən Rusiya SSRİ-ni nəinki diriltmək istəyir, hətta SSRİ-nin dağılmasını qeyri-qanuni hesab edir. Bütün bunlara baxdıqda hərbi gücün artırılması labüd görünür.

Azərbaycan kimi dövlətlərin səhv etmək kimi şansı yoxdur. Ona görə də, hərbi güclə yanaşı, hansı gücə yaxın olmağı da düzgün seçməlidir. Ukrayna müharibəsi göstərdi ki, Qərbə arxayın olmaqla təhlükədən xilas olmaq olmaz. Ona görə də, rəsmi Bakı eyni vaxtda Qərbin bəzi dövlətləri ilə münasiblətləri yüksək səviyyədə saxlayaraq, müəyyən mənada İranla yaxınlaşmaya gedir və Çinlə strateji müttəfiqlik müqaviləsi imzalayır. Hətta dünənə qədər Rusiyaya açıq baş qaldıran Ermənistan belə Rusiyaya yaxınlaşmağa başlayıb. Hazırda kiçik dövlətlərin atdığı addımlar özünü müdafiə instinqtidir.

Rusiya Ukraynada əgər qısa zamanda uğur qazanacaqsa, yaxud müharibədə atəşkəs əldə olunacaqsa, Rusiyanın Cənubi Qafqaza və Mərkəzi Asiyaya üz tutacağı gözləniləndir. Rusiyanın imperiya siyasətində isə münaqişə ocaqları ilə dövlətlərə təsir və təzyiq etmək var. Ona görə də, bu regionda da qarışıqlığın olacağı gözləniləndir. Yeni münaqişə ocağının Ermənistan ərazisində olma ehtimalı isə daha yüksəkdir.

Dəfələrlə qeyd etmişəm. Bu regionda var olmaq üçün böyük düşünmək məcburiyyətindəsən. Azərbaycan ordusunun hazırkı səviyyəsi əslində düşüncənin böyük olduğu anlamına gəlir.

Səxavət Məmməd, jurnalist

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar