Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Azərbaycanın Qafqazda qədim bir coğrafiya olması tarixin bütün dövrlərində xəritələr ilə yanaşı antik tarixçlərdən XIX əsrə qədər səyyahların əsərlərində qeyd edilir. Qafqazdan düz Krım, Mərkəzi Asiya və Anadoludan düz Tehrana qədər hər yerdə Azərbaycan coğrafiyasında olan adlara hər zaman rast gəlmək olar. Bunlar tayfa, abidə, damğa, region və sairə ilə bağlıdır.
Lakin Rusiyanın Azərbaycan daxil olmaqla Qafqazı işğal etməsi və burda yaşayan və gəlmə olan xalqlara dövlət qurmasından sonra bizə məxsus toponim, oymonim, oykonimlər dəyişdirilməyə başlandı. Dərbənddən tutmuş Krıma qədər, Gürcüstan və indiki Ermənistan, müasir İran və Türkiyədə Azərbaycan xalqına məxsus adlar saxtakarlıq qurbanları oldular. Bunlardan biri də Gürcüstanın Kaxetiya ərazisində tarixi sənədlərdə Naxçıvan, gürcülərin isə dəyişib Niakhura etdikləri qaladır.
Gürcülər, çeçenlər və digər xırda Qafqaz xalqları tərəfindən özünküləşdirməyə cəhd edilən bu qala XVI əsr Azərbaycan xalqına məxsus bir abidə olmaqla yanaşı adı Naxçıvan qalası olaraq çoxsaylı mənbələrdə keçir..
İlk öncə qısa izah verim. Qədim Urartu, Şumer, Yunan, Roma, Bizans və Türk mənbələrində bu ərazinin “Nax” “ilk, başlanğıc” və
“çıvan / cavan / avan” – “yer, məkan, şəhər” kimi izahı verilir. Nuh çıxan və sairə adlar da rast gəlinir mənbələrdə. Lakin Nuhla bağlı əfsanə qədim adın xalq şüurundakı mifik təzahürüdür. Sadə dildə desək mifoloji, tarixi və linqvistik yanaşmalar əsasında dünya alimlərinin əksəriyyətinin gəldiyi qənaət Naxçıvan “ilk yaşayış yeri”, “qədim məskən” mənasını verir. Bu ad Azərbaycan xalqına və onun coğrafiyasına aiddir. Nə gürcü, nə çeçen və nə də digər Qafqaz xalqlarının mifoloji, tarixi və linqvistikasına aid deyil və ola da bilməz.
Gürcü mənbələri saxtakarlıq edərək bu qalaya Niaxura və ya Niaxur qalası adını calaq edir. Lakin, Borçalı və Kaxetiyaya bitişik bölgələri ilə sıx bağlı olan bölgənin tarixi toponimiyasında Naxçıvan qalası adlanır. Bu qalasının əsl tarixi IX əsrdən daha öncəyə getsə də Gürcüstan çarı İİ İrakli burada baş verən döyüşdən sonra zədə alan qalanı yenidən bərpa edərək adının da dəyişdirilməsinə səbəb olur..
Daha sonra Naxçıvan qalası memar Parmen Zakarai tərəfindən hazırlanmış modeldən istifadə edilərək, praktik olaraq sıfırdan yenidən qurulub. O dövrün bərpa üsulları tarixi standartlardan yayındığına görə mütəxəssislər tərəfindən tənqid olunsa da gürcü şovizmi nəticədə istədiyinə çatır. Qalanın türk elementləri və memarlıq üslubu tamamilə dağıdılıb və yeni, indiki formaya salınır.
Qalanın eyni zamanda o dövr üçün tipik İslam memarlıq elementlərinin böyük hissəsi dağıdılır.
18-ci əsrdə Gürcüstanda bir çox müdafiə tikililəri bütün Qafqaz və Qacar dövlətinin sənətkarları tərəfindən tikilib və ya möhkəmləndirilib. Buna görə də, buranın memarlıq üslubu, arxitektur forması və dairəvi qüllələr Naxçıvan, Gəncə və İrəvanda eyni vaxtda tikilmiş qüllələrlə eynidir. Memarlıq sırf Türk İslam mədəniyyətinin bir parçasıdır.
Qalanın Naxçıvan adlanması isə burdan Borçalı, Gəncə və son dayanacaq olan Naxçıvana birbaşa açıq yol idi və ticarət məqsədi ilə istifadə edilirdi. Yerli türk xalqları bu yol vasitəsilə asan və təhlükəsiz formada hərəkət edə bilərdilər. Bəzi qaynaqlara görə bu qalanın tikilməsi Əlincə qalasının prototipi, müdafiə qalası formasında olduğu üçün Naxçıvan adlanıb. Eyni zamanda "Naxçıvan" adı, onun Naxçıvandan gələn karvanların son əsas dayanacağı olması ilə əlaqələndirilə bilər.
Səfəvi, Əfşar, Qacar və ondan da qat qat öncə bu qala Naxçıvan adlanıb və Rusiyanın dəstəyi ilə hakimiyyət və dövlət əldə edən gürcü çarı II İrakli türk izini ərazidən silmək üçün onun adını dəyişib..
Bura rəsmi olaraq gürcü abidəsi hesab olunsa da, onun tarixi bölgənin türk əhalisi ilə ayrılmaz şəkildə bağlıdır.
Prof.Dr. Zaur Əliyev
21 Dekabr 2025, 20:43 - 51
Paylaş: