"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Həmidə Cavanşirin araşdırması: Divanü lüğət it türk əsərinin türk xalqlarına töhfəsi


Mahmud Kaşğarinin «Divanü lüğət-it-türk kitabı həm həcm, həm məzmun, həm də yazılma tarixi etibarilə türkologiyanın ən böyük, ən qiymətli, ən qədim əsəridir.

Divani lüğət-it-türkün ən mühüm özəlliyi onun sadə bir lüğət deyil, izahlı lüğət, daha doğrusu, ilk türk ensiklopediyası olmasıdır. Əsərdə min il bundan əvvəlki türklüyün bütün xüsusiyyətləri başda dili və ədəbiyyatı olmaqla türkün tarixi, coğrafiyası, mədəniyyəti, iqtisadiyyatı, mənəvi-milli dəyərləri, psixologiyası, dünyagörüşü, adət və ənənələri, ailə, qohumluq, qonşuluq və ümumən sosial münasibətləri, geyimi, silahları, mətbəxi, oyunları, əyləncəsi, bir sözlə, hər şeyi ideal şəkildə öz əksini tapmışdır.

Bu əsər ərəblərə türk dilini öyrətmək, xilafətdə və bütün dünyada türklərin getdikcə artan siyasi, hərbi üstünlüyünü həm də mədəniyyət sahəsində taclandırmaq məqsədilə yazılmışdır. Çünki «Divan» yazılmazdan bir neçə il əvvəl öz passionarlığının zirvəsinə çatan türklər  Alparslanın başçılığı altında Malazgird meydan müharibəsində dünyanın ən uzun ömürlü imperiyası hesab olunan Bizansı tar-mar edərək Anadolunu fəth etməyə başlamışdılar. Türk fütuhatının bununla kifayətlənməyəcəyi gün kimi aydın idi. Mahmud Kaşğari «Divanda gələcəkdə baş verəcək şanlı savaşları və türk cahan hakimiyyəti məfkurəsinin mütləq gerçəkləşəcəyini müjdələyirdi.

Divanü lüğət-it-türk əsərinin giriş hissəsində Mahmud Kaşğari yazır:

Tanrının inayəti ilə günəş türk bürclərində doğdu və göylərin bütün dairələri onların mülkləri üzərində döndü. Tanrı onlara türk adını verdi və onları yer üzünə hakim qıldı. Dövrümüzün xaqanlarnıı onlardan çıxardı. dünya millətlərinin idarə cilovunu onların əlinə tapşırdı, onları hamıdan üstün elədi, onları haqq üzrə qüvvətləndirdi. Türklərlə əlbir olanları və tərəfdarlarını əziz tutdu, türklərin sayəsində bütün arzularına çatdırdı, pislərin, qaragüruhun şərindən qorudu. Türklərin oxlarından qoruna bilmək üçün onların yolunu tutmaq hər bir ağıllı adama layiq və münasibdir. Dərdini söyləmək və türklərin könlünü fəth etmək üçün onların dilində danışmaqdan başqa yol yoxdur».

Mahmud Kaşğari torpaqlar üzərində günəş batmayan türk imperiyasının ehtişam və əzəmətini vurğulayaraq bunu son bəşər peyğəmbəri həzrəti Məhəmmədin (s.ə.s.) hədisləri ilə təsdiq edirdi: «And içərək deyirəm ki, mən bunu Buxaranın mötəbər imamlarınm birindən və nişapurlu başqa bir imamdan şəxsən eşitmişəm. Onlar ikisi də sənəd-sübutla bildirirdi ki, peyğəmbərimiz qiyamətin əlamətlərini, axır zamanın fitnə-fəsadlarını və oğuz türklərinin ortaya çıxacağını söylədiyi vaxt <<Türk dilini öyrənin, çünki onlar üçün uzun sürəcək hökmranlıq vardır» deyə buyurmuşdur. Vəbalı söyləyənlərin boynuna, bu hədis doğru isə, türk dilini öyrənmək çox vacib işdir, əgər bu söz doğru deyilsə, o zaman türk dilini öyrənməyi ağıl əmr edir».

Bununla bərabər, türklərdə gözəllik, zəriflik, incəlik, ədəb, hörmət, böyüklərə ehtiram, sözündə bütövlük, təvazökarıq, igidlik və mərdlik kimi hər biri saysız-hesabsız tərifə layiq olan ərdəmləri zikr etməyə ehtiyac yoxdur».

Mən  ( red- Mahmud Kaşğari ) onlardan biri ən nurani və dar düşüncəlisi, ən alicənabı, ən fəzilətlisi və nicatlarından biri olaraq onların yurd-yuvasını gəzdim. Türk boylarının ləhcələrini, nəğmələrini öyrəşib qeydə aldım, onlardan bəhrələndim. Elə bir şəkildə ki, onların hər bir tayfasının ləhcəsi ən yaxşı şəkildə mənim qarşıma toplandı. Hamısını ən ifadəli şəkildə tərtib etdim və ən nəfis şəkildə tərtibə saldım. Və Allahın lütfü ilə bu kitabı əbədi yadigar və əbədi xəzinə kimi bəstələdim və adını  “Divanü lüğət it türk” qoydum.

Bu qiymətli əsər o dövrdə dünyada türklərin məskunlaşdığı ərazinin ilk xəritəsini özündə əks etdirir və Mahmud Kaşğari tərəfindən hicri 466-cı ildə (miladi 1072) türk-ərəb üslubunda yazılmışdır. Bu kitab ilkin olaraq Səlcuq - Oğuz türklərinin tabeliyində olan Bağdadın Abbasi xəlifələrinə türk dilini öyrətmək üçün yazılmışdırm. Bu 8 cilddən ibarət sözlük iki bölümdən ibarətdir və 7500 morfem, 290 sitat və 220 tərənnüm yer alıb. Kaşğari bu əsəri 82 yaşında hazırlayıb.

Divanü- lüğət it türk səkkiz kitabdan ibarətdir və hər bir kitab iki hissə- isimlər və feillərə bölünür: Hər iki bölmədə həmin dövrdəki türkcə sözlərin yazılış formalarına görə əlifba sırası ilə əvvəlcə ikihecalı sözlər, sonra üçhecalı, dördhecalı, beşhecalı və son olaraq altıhecalı sözlər sıralanır.

Kitabda adı çəkilən bütün şeirlərin heca vəzni var. Heca vəzni çox uzaq keçmişdən bəslənən doğma və milli türk vəznidir. Bəzi heca nümunələri daha çox işlədildiyinə görə xüsusi adlar almışdır, məsələn: gəraylı, qoşma,  bayatı və s. Bir misranın ən çox heca sayı 16 hecadır. Bu divan, ümumiyyətlə türk xalqlarının tarixində öz sözünü demiş nadir əsərlərdəndir.

Bir də onu qeyd edək ki, Mahmud Kaşğarinin hazırladığı xəritənin tam orjinali şəkildə yer alıb. Digər yer adlarında təhriflər görürük.

 

Həmidə Cavanşir, Güney Azərbaycan və Türk tarixi üzrə araşdırmaçı

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar