Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
8 avqust 2025-ci ildə Azərbaycan Prezidenti, ABŞ Prezidenti və Ermənistan Baş nazirinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini paraflayıblar.
Azərbaycan XİN sənədin mətnini yayıb. Sazişin əsas müddəaları bunlardır:
Maddə I – Tərəflər bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərin toxunulmazlığını tanıyır.
Maddə II – Qarşılıqlı ərazi iddialarının olmadığını təsdiqləyirlər və gələcəkdə belə iddialardan çəkinəcəklər.
Maddə III – Güc tətbiqindən və ya güc hədəsindən imtina edilir; üçüncü tərəflərin ərazilərdən hərbi məqsədlərlə istifadə etməsinə imkan verilməyəcək.
Maddə IV – Daxili işlərə müdaxilədən çəkinmək öhdəliyi.
Maddə V – Ratifikasiyadan sonra diplomatik münasibətlərin qurulması.
Maddə VI – Sərhədin delimitasiya və demarkasiyası üzrə danışıqların aparılması.
Maddə VII – Sərhəddə üçüncü tərəf qüvvələrinin yerləşdirilməməsi; təhlükəsizlik tədbirlərinin razılaşdırılması.
Maddə VIII – Separatizm, terrorizm, zorakı ekstremizm və irqi nifrətin bütün formalarının pislənməsi.
Maddə IX – İtkin düşmüş şəxslərlə bağlı birgə tədbirlər görülməsi.
Maddə X – İqtisadiyyat, nəqliyyat, ətraf mühit, humanitar və mədəni sahələrdə əməkdaşlıq.
Maddə XI – Saziş digər beynəlxalq öhdəliklərə xələl gətirmir.
Maddə XII – Beynəlxalq hüququ rəhbər tutmaq; daxili qanunvericiliklə sazişin icrasından yayınmamaq.
Maddə XIII – İcra prosesinə nəzarət üçün ikitərəfli komissiyanın yaradılması.
Maddə XIV – Mübahisələrin məsləhətləşmələr yolu ilə həlli; nəticə əldə olunmazsa, dinc həllin digər vasitələrinə müraciət.
Maddə XV – Keçmiş iddia və şikayətlərin bir ay ərzində geri çəkilməsi; düşmənçilik addımlarından imtina.
Maddə XVI – Saziş, milli prosedurlar tamamlandıqdan sonra qüvvəyə minir.
Maddə XVII – Sənəd Azərbaycan, erməni və ingilis dillərində bərabər qüvvədədir; fikir ayrılığı zamanı ingilis mətni əsas götürüləcək.
Bu razılaşma, Cənubi Qafqazda ədalətli, hərtərəfli və davamlı sülhün təmin olunması yolunda ən mühüm mərhələ kimi qiymətləndirilir.
Paylaş: